Qaynar xətt:

(+99450) 247 90 86

Trampın andiçmə mərasimi ilə bağlı dəyişiklik ola bilər

2025/01/17/1737142041_1737134655_000026_1736626618_688266_big.jpg

DÜNYA

623

17.01.2025, 23:00

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminin gözlənilən soyuq hava şəraiti ilə əlaqədar qapalı məkana keçiriləcəyi gözlənilir.

Bu barədə “CNN” məlumat yayıb.

“Trampın andiçmə mərasiminin bazar ertəsi paytaxtda gözlənilən təhlükəli temperatur şəraitinə görə qapalı yerə keçiriləcəyi gözlənilir”, - nəşr bildirib.

Mənbələrin məlumatına görə, mərasim Kapitol rotundasında baş tutacaq. İnauqurasiya paradının və digər tədbirlərin keçiriləcəyi yer hələ də müəyyənləşdirilir.

Yanvarın 20-də Vaşinqtonda temperaturun -2 ilə -6°C arasında dəyişəcəyi proqnozlaşdırılır.